İqlim dəyişiklikləri ekspertlərinin xəbərdarlığı
Sen 26, 2019 10:37 Asia/Baku
BMT-nin iqlim dəyişiklikləri ekspertləri dünən Monakoda iqlim dəyişikliklərinin yer kürəsinin buzlarına və okenalara olan nəzərəçarpacaq təsirləri barədə nigarançılıq ifadə ediblər.
Bu ekspertlər öz reportajlarında su səviyyəsinin qalxmasından başlanan bu dağıdıcı təsirlər barədə uzun bir siyahı təqdim və xəbərdarlıq ediblər ki, iqlim dəyişikliklərinin yer kürəsinin buzla örtülmüş bölgələrinə və okeanlara təsirləri geridönməzdir və bəşəriyyət özünü bu nəticələrə hazırlamalıdır.
Okeanlar iqlim dəyişikliklərindən irəli gələn istiliyin doxsan faizindən çoxunu, həmçinin insan fəaliyyətlərindən mənşə alan istixana qazlarının dörddə birini cəzb edirlər. Nəticədə bu mavi planetin dənizləri daha isti və daha çox turşulu olurlar.