Okt 26, 2019 18:12 Asia/Baku
  • İran araşdırma və elmi yaradıcılıq sahəsində Yaxın Şərqdə birincidir
    İran araşdırma və elmi yaradıcılıq sahəsində Yaxın Şərqdə birincidir

İran səhiyyə nazirinin tədqiqat və texnologiya üzrə müavini ölkəmizin araşdırma və elmi yaradıcılıq sahəsində dünya ölkələri arasında 16-cı, Yaxın Şərq bölgəsi üzrə isə birinci pillədə durduğunu bildirib.

İran səhiyyə nazirinin tədqiqat və texnologiya üzrə müavini Reza Məlekzadeh sonra belə deyib: Elmi yaradıcılıq, həmçinin tibb ləvazimatı və dərman istehsalı sahəsində innovasiya və texnologiya sektorunda göstərilən səylərdən əlavə, vətəndaşların sağlamlığının yüksəldilməsi səhiyyə nazirliyinin prioritetidir.

O, əlavə edib: Amerikanın qanunsuz sanksiyaları üzündən İranda yaranmış məhdudiyyətləri münasib investisiyalarla uğura çevirmək lazımdır.

İran səhiyyə nazirinin tədqiqat və texnologiya üzrə müavini ümidvarlıq edib ki, tibb elminin irəliləyişləri elə bir istiqamətdə hərəkət edəcəkdir ki, səbəbi, köklük, hərəkətsizlik, yüksək qan təzyiqi və genetik amil olan qeyri-yoluxucu xəstəliklərin qarşısı alınmış olacaq.

 

Teqlər