İranın çimərlik futbolu üzrə yığma komandası qitələrarası kubok yarışlarının finalında
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i351929-İranın_çimərlik_futbolu_üzrə_yığma_komandası_qitələrarası_kubok_yarışlarının_finalında
İranın çimərlik futbolu üzrə yığma komandası əmirliklərin yığma komandasını məğlub edərək, qitələrarası kubok yarışlarının finalına çıxıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 09, 2019 05:31 Asia/Baku
  • İranın çimərlik futbolu üzrə yığma komandası qitələrarası kubok yarışlarının finalında
    İranın çimərlik futbolu üzrə yığma komandası qitələrarası kubok yarışlarının finalında

İranın çimərlik futbolu üzrə yığma komandası əmirliklərin yığma komandasını məğlub edərək, qitələrarası kubok yarışlarının finalına çıxıb.

İranın çimərlik futbolu üzrə yığma komandası dünən gecə qitələrarası kubok yarışlarının yarımfinal görüşündə yarışlara ev sahibliyi edən əmirliklərin komandası ilə görüşüb və sonda on bir metrlik zərbələrdə rəqibini 4-3 hesabı ilə məğlub edərək, ikinci il dalbadal finalist olubdur.

Oyun öz qanuni vaxtında 1-1 hesabı ilə nəticələnmişdi.

Başqa bir yarımfinal görüşündə İspaniya Rusiyanı 4-2 hesabı ilə məğlub edərək, finala vəsiqə qazanıb.

Final oyunu sabah keçiriləcək.