İranın qadın güləşçiləri dünya çempionu oldular
Dek 23, 2019 19:44 Asia/Baku
İranın qadınlardan ibarət Alış güləşi üzrə Yığması Qazaxıstanda keçirilən dünya çempionatında bir qızıl, bir gümüş və bir bürünc medal qazanaraq birinci oldu.
İRNA-nın məlumatına görə, Alış güləşi üzrə Dünya Çempionatı dekabrın 21-dən 23-dək Qazaxıstanın Nur-Sultan şəhərində keçirildi və İran yığması 93 xalla bu yarışlarda çempion oldu.
Qırğızıstan və Qazaxıstan yığmaları da müvfiq olaraq 89 və 69 xalla ikinci və üçüncü pillələrdə durdular.
Bundan öncə, 2015-ci ildə də İranın Alış güləşi üzrə Komandası ilk dəfə olaraq, dünya çempionatını qazanmışdı.
Alış güləşi üzrə beynəlxalq fəaliyyətlər 1990-cı ildən başlayıb və hazırda 39 ölkə federasiya və rəsmi birliklərə sahibdir. 58 ölkə də qeyri-rəsmi formada bu sahədə fəaliyyət göstərir.