İranın yunan-roma güləş komandası Asiya çempionu olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i358011-İranın_yunan_roma_güləş_komandası_asiya_çempionu_olub
İran komandası Hindistanda keçirilən yunan-roma güləşi üzrə Asiya çempionatında doqquz medal əldə edərək, çempion adını qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 20, 2020 05:39 Asia/Baku
  • İranın yunan-roma güləş komandası Asiya çempionu olub

İran komandası Hindistanda keçirilən yunan-roma güləşi üzrə Asiya çempionatında doqquz medal əldə edərək, çempion adını qazanıb.

Yunan-roma güləşi üzrə 30-cu Asiya çempionatı fevralın 18-i və 19-da Hindistanın paytaxtı Yeni Dehlidə keçirilib.

İran komandası bu yarışların sonunda beş qızıl, bir gümüş və üç bürünc medal qazanaraq, çempion olubdur.

İranlı güləşçilər 30-cu Asiya çempionatında 190 xal toplayaraq, birinci olublar. Özbəkistan və Qazaxıstan komandaları da müvafiq olaraq, 146 və 136 xalq toplayaraq, ikinci və üçüncü pillələrdə durublar.