Tez-tez xəstələnənlərin diqqətinə: bu çayı için
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i362204-tez_tez_xəstələnənlərin_diqqətinə_bu_çayı_için
Qışda xəstəliklərdən qorunmaq üçün istifadə edilən vasitələrdən biri də itburnu çayıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 25, 2020 03:36 Asia/Baku
  • Tez-tez xəstələnənlərin diqqətinə: bu çayı için

Qışda xəstəliklərdən qorunmaq üçün istifadə edilən vasitələrdən biri də itburnu çayıdır.

SəhərAzəri - Axar.az medicina.az-a istinadən bildirir ki, itburnu çayı çox faydalı müalicəvi içkidir, immun sistemini stimullaşdırır və möhkəmləndirir, bakteriya əleyhinə təsir edir, iltihabları azaldır.

Bu müalicəvi çayı hazırlamaq üçün 1 xörək qaşığı itburnu meyvəsi üçün 1 stəkan qaynar su götürün. İtburnu meyvələrini dəmləməzdən əvvəl yaxşı əzmək lazımdır. Çayı axşamdan dəmləyin, səhər isə bir neçə dəfə steril tənzifdən süzün.

İtburnu çayını gün ərzində 2-3 dəfə 1/2 stəkan (100 ml) olmaqla qəbul etmək olar.