İslam dünyanın ən böyük dininə çevriləcək - Yarım əsr sonra
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i367182-İslam_dünyanın_ən_böyük_dininə_çevriləcək_yarım_əsr_sonra
21-ci əsrin ikinci yarısında İslam dini dünyanın ən çox ardıcılı olan dininə çevriləcək. 
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 12, 2020 14:50 Asia/Baku
  • İslam dünyanın ən böyük dininə çevriləcək - Yarım əsr sonra

21-ci əsrin ikinci yarısında İslam dini dünyanın ən çox ardıcılı olan dininə çevriləcək. 

Səhər Azəri bildirir ki, İslam dini 2060-cı ilə kimi dünyanın ən böyük dininə çevriləcək. 

Əl-Xəlic Əl-Cədid portalının yaydığı məlumata görə, 2015-ci ildə dünyada müsəlmanların sayı 1.8 milyard idisə, bu rəqəm 2060-cı ildə 3 milyarda çatacaq. Bununla da İslam dini dünyada ən çox davamçısı olan dinə çevriləcək. 

Beynəlxalq müəssisələrin araşdırmalarına əsasən müsəlmanlar arasında artım tempini nəzərə alaraq, 21-ci əsrin ikinci yarısında müsəlmanların sayı xristiyanları üstələyəcək və İslam dini dünyanın birinci dininə çevriləcək.