Okt 03, 2020 15:28 Asia/Baku
  • İran təmsilçiləri Asiya Atıcılıq turnirində çempion olublar

Onlayn formatda keçirilən pnevmatik tüfəng üzrə Asiya Atıcılıq turnirində İranı təmsil edən Nəcmə Xidməti və Puriya Novruziyan çempion oldular.

SəhərAzəri xəbər verir ki, koronavirusun yayəlmasını nəzərə alaraq, cümə günü atıcılıq üzrə Asiya Çempionatı İran, Sinqapur və Tayland arasında, qadınlar və kişilər bölmələri üzrə 28 tüfəngçinin iştirakı ilə ilk dəfə olaraq, onlayn formatda keçirilib.

Qadınlar bölməsinin son yarışlarında Nəcmə xidməti ən yüksək xalı qazanaraq, birinci pillədə qərarlaşıb, Sinqapur təmsiçisi və İranın digər təmsilçisi Fatimə Kərəmzadə isə müvafiq olaraq, ikinci və üçüncü olublar.

Kişilər bölməsində keçirilən final yarışlarında da Puriya Novruziyan, Məhyar Sədaqət və Hüseyn Baqiri müvafiq olaraq, birincidən üçüncü pilləyədək qərarlaşıblar.

Teqlər