İran filmi Varşava festivalında ən yaxşı animasiya filmi mükafatını alıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i368548-İran_filmi_varşava_festivalında_ən_yaxşı_animasiya_filmi_mükafatını_alıb
İranın «Ağ balina» animasiya filmi özünün ilk beynəlxalq iştirakında, Varşava festivalında ən yaxşı animasiya filmi mükafatını qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 18, 2020 15:27 Asia/Baku
  • İran filmi Varşava festivalında ən yaxşı animasiya filmi mükafatını alıb

İranın «Ağ balina» animasiya filmi özünün ilk beynəlxalq iştirakında, Varşava festivalında ən yaxşı animasiya filmi mükafatını qazanıb.

SəhərAzəri xəbər verir, 36-cı Varşava film festivalı oktyabrın 9-dan 18-dək Polşada keçirilib.

Festivalın müsabiqə bölməsində İranın yeganə təmsilçisi olan «Ağ balina» animasiya filminin rejissoru, Əmir Mehrandır.

Varşava festivalı Kann, Berlin, Venesiya və Şanxay festivallarının kənarında Dünya Kinosu üzrə Quruluşçu Rejissorların Ümumdünya Assambleyası tərəfindən təsdiqlənən dünyanın on beş ən üstün festvilaından biridir.

İranın «Ağ balina» animasiya filmi Oskar festivalında da iştirak edəcək.

Bu on dəqiqəlik animasiya filmi yalqız bir kişinin səylərindən söz açır. O, illər öncə bir hava hücumunda itirdiyi dostlarını axtarır.

Onun malik olduğu yeganə nişanə, ağ balinadır.