COVID-19 xəstəliyinin yeni simptomu aşkarlandı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i369087-covid_19_xəstəliyinin_yeni_simptomu_aşkarlandı
COVID-19 xəstəliyinin yeni simptomu aşkarlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 31, 2020 13:40 Asia/Baku
  • COVID-19 xəstəliyinin yeni simptomu aşkarlandı

COVID-19 xəstəliyinin yeni simptomu aşkarlanıb.

SəhərAzəri xəbər verir, yeni simptom ayaq dərisində dermatoloji xəstəlik kimi büruzə verib.

Massaçusetts Xəstəxanasının mütəxəssislərinin Beynəlxalq Dermatologiya Cəmiyyəti və Amerika Dermatologiya Akademiyası ilə birlikdə apardığı tədqiqat nəticəsində məlum olub ki, COVID-19 xəstəliyini keçirmiş şəxslər uzunmüddətli dəri problemi yaşayacaq. Bu, hələ ki xəstələrin ayaq nahiyələrindəki dəridə özünü göstərir.

Simptom, orta hesabla, təxminən 12 gün davam edir. İstisna hallarda, 130 günə qədər davam edən dermatoloji dəyişikliklər də müşahidə edilib.