İran filmi Kanada film festivalının ən yaxşı mükafatına namizəd edilib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i369321-İran_filmi_kanada_film_festivalının_ən_yaxşı_mükafatına_namizəd_edilib
İranın qısametrajlı «Setin» filmi Kanada film festivalının ən yaxşı film bölməsində mükafat almağa namizəd edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 08, 2020 06:11 Asia/Baku
  • İran filmi Kanada film festivalının ən yaxşı mükafatına namizəd edilib

İranın qısametrajlı «Setin» filmi Kanada film festivalının ən yaxşı film bölməsində mükafat almağa namizəd edilib.

SəhərAzəri xəbər verir, Rejissor Əsğər Əbbasinin «Setin» qısametrajlı filmi özünün ən yeni beynəlxalq iştirakında eyni vaxtda 2020-ci il Afrika və Kanada film festivallarında iştirak edib.

Filmin hekayətinin icmalında deyilir: Heç bir ev sütunsuz qalmır.

Noyabrın səkkizi, Kanada film festivalının bağlanış günüdür. Bu film bütün dünyadan olan üç min iki yüzdən çox film arasından festivalın ən yaxşı film bölməsində mükafat almağa namizəd edilmiş səkkiz filmdən biridir.