İranın yığma futbol komandası Bosniya millisini məğlub etdi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i369519-İranın_yığma_futbol_komandası_bosniya_millisini_məğlub_etdi
İran İslam Respublikasının yığma futbol komandası dünən gecə Bosniya və Herseqovinanın milli futbol komandasını məğlub edə bilibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 13, 2020 05:34 Asia/Baku
  • İranın yığma futbol komandası Bosniya millisini məğlub etdi

İran İslam Respublikasının yığma futbol komandası dünən gecə Bosniya və Herseqovinanın milli futbol komandasını məğlub edə bilibdir.

SəhərAzəri xəbər verir, Tehran vaxtı ilə dünən saat 20:30 dəqiqədən Bosniyanın Sarayevo şəhərinin «Asim Fərhatoviç» stadionunda başlanan yoldaşlıq görüşü iki-sıfır hesabı ilə İran yığmasının xeyrinə qurtarıbdır.

İran komandasının qollarını Kave Rezayi və Məhdi Qaedi vurublar.

Bosniyanın «Sport1» saytı oyunun başa çatmasından sonra bir reportajda iranlı futbolçuların yaxşı oyununu yüksək dəyərləndirib. Yazıb ki, Bosniya yığma futbol komandasının oyunçuları İran komandasının qapısı qarşısında bir dəfə də olsun belə, qol vurmaq fürsəti yarada bilməyiblər.