İranlı sənətkar İspaniya film festivalının ən yaxşı aktyoru olubdur
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i369949-İranlı_sənətkar_İspaniya_film_festivalının_ən_yaxşı_aktyoru_olubdur
Şəhab Hoseyni İspaniya film festivalında ən yaxşı kişi rolu mükafatını alıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Noy 24, 2020 09:31 Asia/Baku
  • İranlı sənətkar İspaniya film festivalının ən yaxşı aktyoru olubdur

Şəhab Hoseyni İspaniya film festivalında ən yaxşı kişi rolu mükafatını alıb.

SəhərAzəri xəbər verir, İspaniyada keçirilən 39-cu «Molin du Rey» qorxu filmi festivalı «O gecə» filminə öz baş mükafatını təqdim etməklə işini başa vurub.

Dünyada qorxu filmləri üzrə ən mühüm festival olan bu kino tədbirində rejissor Kuroş Əhərinin «O gecə» filmi rejissorluq və ssenari üzrə ən yaxşı mükafatları əldə etməyə müvəffəq olub. Şəhab Hoseyni də həmin filmdəki roluna görə, festivalın ən yaxşı kişi rolu mükafatını alıbdır.