Dieqo Maradonanın ölümü ilə əlaqədar Argentinada üç günlük matəm elan olunub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i370015-dieqo_maradonanın_ölümü_ilə_əlaqədar_argentinada_üç_günlük_matəm_elan_olunub
Argentinada üç günlük milli matəm elan olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 25, 2020 18:28 Asia/Baku
  • Dieqo Maradonanın ölümü ilə əlaqədar Argentinada üç günlük matəm elan olunub

Argentinada üç günlük milli matəm elan olunub.

 SəhərAzəri xəbər verir, bu barədə qərarı Argentina hökuməti verib.

Buna səbəb dünya futbolunun əfsanəsi Dieqo Maradonanın ölümüdür. Argentina millisi, “Napoli” və “Barselona” kimi bir sıra klublarda oynamış əfsanə bu gün 60 yaşında ürək dayanmasından vəfat edib.

Qeyd edək ki, “Ximnasiya və Esqrima”nı çalışdıran Maradona noyabrın 3-də yerləşdirildiyi xəstəxanada əməliyyat olunduqdan sonra ayın 11-də buraxılıb. Xəstəxanadan sonra onu alkoqoldan asılılıqdan müalicə klinikasına yerləşdiriblər.