Dieqo Maradona bu gün dəfn ediləcək
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i370017-dieqo_maradona_bu_gün_dəfn_ediləcək
Bu gün Argentina futbolunun əfsanəsi Dieqo Maradona ilə vida mərasimi keçiriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 26, 2020 07:15 Asia/Baku
  • Dieqo Maradona bu gün dəfn ediləcək

Bu gün Argentina futbolunun əfsanəsi Dieqo Maradona ilə vida mərasimi keçiriləcək.

 SəhərAzəri xəbər verir, tədbir Kasa Rosada Prezident Sarayında baş tutacaq.

Mərasim Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Maradona ilə vidalaşmaq istəyənlər axşam saatlarına qədər saraya üz tuta biləcəklər. Tədbirin cümə günü davam edib-etməyəcəyi hələlik bəlli deyil. Artıq çox sayda insan Prezident Sarayının qarşısındakı meydanda toplaşıb. 

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ürəktutmasından vəfat edib.