45-ci Ümumdünya Şahmat Olimpiadası 2022-ci ildə Rusiyada keçiriləcək
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i370649-45_ci_Ümumdünya_Şahmat_olimpiadası_2022_ci_ildə_rusiyada_keçiriləcək
Növbəti – 45-ci Ümumdünya Şahmat Olimpiadası 2022-ci ildə Rusiyada keçiriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 10, 2020 18:17 Asia/Baku
  • 45-ci Ümumdünya Şahmat Olimpiadası 2022-ci ildə Rusiyada keçiriləcək

Növbəti – 45-ci Ümumdünya Şahmat Olimpiadası 2022-ci ildə Rusiyada keçiriləcək.

SəhərAzəri xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyası (FIDE) məlumat yayıb. Məlumatda qeyd edilib ki, 2021-ci ilə planlaşdırılan analoji yarış isə ləğv olunub.

Qeyd edək ki, əvvəlcə Rusiyanın 2020-ci ildə, Belarusun isə 2022-ci ildə turnirə ev sahibliyi etməsi planlaşdırılırdı. Daha sonra Rusiyada keçiriləcək turnir koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınmış, Belarus isə bu yarışa ev sahibliyindən imtina etmişdi.

Ümumdünya Şahmat Olimpiadası FIDE-yə üzv ölkələrin milli komandalarının iştirakı ilə keçirilən komanda turniridir. Yarış ilk dəfə 1927-ci ildə Londonda keçirilib. Bakı 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edib. Sonuncu Olimpiada isə Gürcüstanda keçirilib.