3 iranlı atıcı Misirdə keçirilən beynəlxalq yarışlarda çempion olub
İranın atıcılıq üzrə 3 millisi Misirdə keçirilən beynəlxalq sərbəst yarışlarda çempion olublar.
SəhərAzəri İRNA-ya istinadən xəbər verir ki, Misir Beynəlxalq Sərbəst Yarışların hava tüfəngi üzrə qadınlar bölməsindəki final mərhələsində iranlı atıcı Nəcmə Rudəki ən yüksək xalı qazanaraq, çempion olub, İranın digər təmsilçisi Fatimə Kərəmzadə isə üçüncü pillədə qərarlaşıb.
Həmçinin, kişilər arasında hava tüfəngləri kateqoriyasında, dəyərli iranlı atıcı Puriya Novruziyan birinci sırada yer alıb və çempion olub.
İranın olimpiya atıcısı Cavad Furuği də hava tapançası sahəsində digər rəqiblərinə nisbətən ən yüksək hesabla çempionluğu qazanıb.
Bundan əvvəl hava tüfəngi üzrə qadınlar arasında və yeniyetmələr bölməsində keçirilən yarışlarda Armina Sadiqiyan çempion olmuşdu.
Tüfəng və hava tapançası üzrə beynəlxalq sərbəst atıcılıq yarışları kişilər və qadınlar bölmələrində dünyanın 17 ölkəsindən qatılan 220 idmançının iştirakı ilə 9-11 dekabr tarixlərində Misirdə onlayn formatında keçirilib.