İranın eşitmə qabiliyyəti olmayan taekvondoçuları pumse növündə dünya çempionu olublar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i370917-İranın_eşitmə_qabiliyyəti_olmayan_taekvondoçuları_pumse_növündə_dünya_çempionu_olublar
İranlı taekvondoçular eşitmə qabiliyyəti olmayan taekvondoçuların pumse növü üzrə dünya çempionatının qalibi olublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 18, 2020 16:09 Asia/Baku
  • İranın eşitmə qabiliyyəti olmayan taekvondoçuları pumse növündə dünya çempionu olublar

İranlı taekvondoçular eşitmə qabiliyyəti olmayan taekvondoçuların pumse növü üzrə dünya çempionatının qalibi olublar.

SəhərAzəri - Onlar buna dörd qızıl, bir gümüş və iki bürünc medal qazanmaqla nail olublar.

Cənubi Koreyanın ev sahibliyi ilə virtual formada keçirilən bu sərbəst yarışların birinci dünya çempionatında İranın pumse komandası qadın və kişilərin fərdi və komanda yarışlarında çempion adına layiq görülübdür.

Yarışlar İran, Cənubi Koreya, Yunanıstan, Rusiya, Türkiyə, Almaniya, Tailand, Meksika, Ukrayna və İndoneziya komandalarının iştirakı ilə keçirilib.

Cənubi Koreya bir qızıl, bir gümüş və bir bürünc medalla yarışların ikincisi olub. Yunanıstan isə bir gümüş və bir bürünc medalla üçüncü pillədə durubdur.