Dek 20, 2020 08:22 Asia/Baku
  • Həzrət Zeynəbin (s) səadətli viladətinin ildönümü münasibəti ilə təbrik edirik

Bu gün bazar ertəsi, 2020-ci milad ili dekabrın 20-i, 1442-ci hicri qəməri ili cəmadiül-əvvəl ayının 5-i, həzrət Zeynəb Kübranın (s.ə) səadətli viladətinin ildönümü günüdür.

SəhərAzəri xəbər verir, Həzrət Zeynəb (s.ə.) bütün zamanlarda bütün zülmə qarşı mübarizə aparan və azadlıqsevər qadın və kişilər üçün bir meyar və nümunədir.

O həzrət, möhtərəm qardaşı, dünya şiələrinin üçüncü imamı- Həzrət İmam Hüseyn(ə)-ın kənarında, "İslamı müdafiə" adı altında böyük Kərbəla faciəsini törətmiş geridə qalmış və yolunu azmış bir cərəyanla mübarizə aparırdı.

Həzrət Zeynəb(s.ə.) dünənə, bu günə və sabaha aid olan bir qadındır, zira insan ləyaqəti, Allaha bəndəlik, ədalətsevərlik, şərəf və azadəlik xas bir dövrə və ya xas bir cəmiyyətə aid olmayan dəyərlərdir.

Hər gün İslamın əziz Peyğəmbəri(s.ə.s)-in məhəbbəti və mərifətindən yeni bir ruh alan, həmçinin əziz atası, dünya şiələrinin birinci imamı Həzrət Əli(ə)-ın elmindən və nitq qabiliyyətindən bəhrələnən Həzrət Zeynəb(s.ə)-ın ruhu, möhtərəm anası Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın mehribançılıqla dolu ağuşunda asayiş sahilinə çatırdı.

Zeynəb Kübra (s.ə) əziz qardaşı,İmam Hüseyn (ə) şəhid edildikdən sonra, şiələrin 4-cü imamı həzrət İmam Səccadın(ə) canını mühafizə etməyi özünə borc bilirdi. Məhz buna görə də ən çətin şəraitdə cinayətkarlar və zalımlar qarşısında dayandı və o həzrətlə çiyin-çiyinə, təsirli nitqi və kəlamı ilə islam düşmənlərini rüsvay etdi. 

İran İslam Respublikasının TeleRadio Təşkilatı İslamın qəhrəman qadını Həzrət Zeynəb(s.ə)-nın mövludunun ildönümü gününün gəlib çatması münasibəti ilə bütün müsəlmanları, xüsusən şiələri və dünyanın digər azadlıqsevərlərini təbrik edir.

Teqlər