Dek 27, 2020 23:56 Asia/Baku
  • “Real” əsrin klubu, Kriştiano Ronaldo futbolçusu seçilib

Avropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EFAA) təsis etdiyi "Globe Soccer Awards" mükafatının sahiblərinin adına aydınlıq gətirilib.

SəhərAzəri xəbər verir, təşkilatçılar həm 2020-ci ilin, həm də XXI əsrin ən yaxşılarını müəyyənləşdirib.

Robert Levandovski (Polşa, “Bavariya”) ilin, Kriştiano Ronaldo (Portuqaliya, “Yuventus”) əsrin futbolçusu seçilib.

Hans Diter Flik (Almaniya, “Bavariya”) ilin, Pep Qvardiola (İspaniya, Mançester Siti”) əsrin məşqçisi adını qazanıb.

“Bavariya” ilin, “Real” əsrin klubu nominasiyasında qalib gəlib.

Jorje Mendeş isə əsrin agenti seçilib. Kriştiano Ronaldo, Joze Mourinyo, Devid de Xea kimi məşhurlarla çalışdan portuqaliyalı son 10 ildə 9 dəfə ilin agenti adına yiyələnib.

Teqlər