İranlı atlet Fransada qapalı atletizm yarışlarında çempion olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i372396-İranlı_atlet_fransada_qapalı_atletizm_yarışlarında_çempion_olub
İranın ən sürətli atleti Fransada keçirilən zal daxili qaçış yarışlarında çempion olub.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Yan 23, 2021 15:12 Asia/Baku
  • İranlı atlet Fransada qapalı atletizm yarışlarında çempion olub

İranın ən sürətli atleti Fransada keçirilən zal daxili qaçış yarışlarında çempion olub.

SəhərAzəri  xəbər verir ki, İranın ən sürətli kişisi olan "Həsən Təftiyan", Fransanın qapalı qaçış yarışlarında 6,68 saniyə ilə çempionluğu əldə edib.

Təftiyandan sonra ikisi də Fransadan olan Ryan Zezə və Marvin Rene ikinci və üçüncü pillədə qərarlaşıblar.

İranlı olimpiya atleti Həsən Təftiyan, Asiya çempionatı və Tokio Olimpiya Oyunları üçün hazırlaşmaq məqsədilə bir neçə gündür Fransada məşq düşərgəsindədir.

Təftiyan 2019-cu ilin avqust ayında fransız məşqçisi Ontanon Qayın rəhbərliyi ilə Parisin Diamond Liqası yarışlarında iştirak edib və 10, 03 saniyə ilə Tokiyo Olimpiya Oyunlarına vəsiqə qazanıb.