İran futbolu yenidən əzadar oldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i372862-İran_futbolu_yenidən_əzadar_oldu
Əli Ənsarian yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Fev 03, 2021 14:49 Asia/Baku
  • İran futbolu yenidən əzadar oldu

Əli Ənsarian yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

SəhərAzəri xəbər verir ki, İran milli futbol komandasının və Tehranın İstiqlal və Persepolis komandalarının keçmiş oyunçusu Əli Ənsarian bir neçə dəqiqə əvvəl corona virusu səbəbiylə vəfat etdi..

Ənsarian keçən həftə Covid-19 xəstəliyi səbəbiylə Farhixteqan Xəstəxanasına yerləşdirildi və reanimasiyada idi.Təəssüf ki, virusla mübarizə apardıqdan bir neçə gün sonra aldığı xəsarətlərdən vəfat etdi.

SəhərAzəri Radio-Televiziya təşkilatı tərəfindən Ənsariyan ailəsinə və futbol ictimaiyyətinə,  bu ağrılı itkiyə görə başsağlığı veririk.

Xatırladaq ki, ötən həftə də İranın futbol üzrə yığmasının sabiq üzvü Mehrdad Minavənd də COVID-19-dan vəfat edib.