Fev 08, 2021 15:53 Asia/Baku
  • Səbzivarda velosiped üzrə İranın milli yığma komandasının məşq düşərgəsi başa çatıb

BƏƏ-də keçiriləcək Asiya yarışları üçün hazırlıq məqsədilə velosiped üzrə gənclərdən ibarət İranın milli yığma komandasının təlim-məşq düşərgəsi Səbzivarda təşkil olunub.

SəhərAzəri xəbər verir ki, Səbzivarda İranın velosiped üzrə gənclərdən ibarət milli yığma komandasının məşq düşərgəsi başa çatıb.

M.M: Ortalama min 200 kilometr məsafəni qət etmişik və xoşbəxtlikdən burada olan çempionlar ümumiyyətlə İranın layiqli çempionlarındandırlar; Hansı ki, 3-4 turnirdən sonra 40-50 nəfərlik formatda keçirilən gənlərin çempionlar liqasında çempion olublar.

Bu hazırlıq düşərgəsində Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Loristan, Rəzəvi Xorasan, İsfahan və Mərkəzi vilayətlərdən 10 velosipedçi iştirak ediblər.

Velosiped Federasiyasının sədri Davəri də bu düşərgənin keyfiyyət və kəmiyyətindən razılıq ifadə edərək, deyib: "Dağlıq və az gediş-gəlişli yolların olması bu düşərgənin keçirilməsi üçün Səbzivarın üstünlüklərdən idi.

Yaz fəslində Birləşmiş Ərəb Əmirliklərinin ev sahibliyi ilə keçiriləcək Asiya Çempionatı yarılarında güclü iştirak etmək bu təlim-məşq düşərgəsinin keçirilməsinin əsas məqsədlərindən biridir.

Yığma komandanın hazırlıq məşqləri dözümlülük və yol velo-yürüşü şəklində keçirildi və milli komandanın velosipedçiləri ilə birlikdə bacarıqlarını artırmaq üçün bu şəhərin velosipedçiləri üçün yaxşı bir fürsət yaratdı.

Teqlər