İranın üç güləşçisi yunan-roma güləşi üzrə Ukrayna Kubokunun finalçısı olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i373838-İranın_üç_güləşçisi_yunan_roma_güləşi_üzrə_ukrayna_kubokunun_finalçısı_olub
İranın yunan-roma güləşi üzrə üç nümayəndəsi Ukrayna kuboku üzrə yarışların finalına vəsiqə qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 28, 2021 06:20 Asia/Baku
  • İranın üç güləşçisi yunan-roma güləşi üzrə Ukrayna Kubokunun finalçısı olub

İranın yunan-roma güləşi üzrə üç nümayəndəsi Ukrayna kuboku üzrə yarışların finalına vəsiqə qazanıb.

SəhərAzəri xəbər verir ki dünən yarışların ikinci günündə ikinci beş çəki dərəcəsində seçmə görüşləri keçirilib. Sonda Əlireza Necati, Mohəmməd Əli Gərayi və Əmin Kavyaninejad müvafiq olaraq, 60 və 77 kiloqram çəki dərəcələrində finala çıxıblar.

Ramin Taheri və Əmin Mirzazadeh isə 87 və 130 kiloqram çəki dərəcələrində sıralama görüşlərinə gediblər.

Sərbəst güləş üzrə 92 kiloqram çəki dərəcəsində də Mohəmməd Əli Təbar məğlublar qrupundadır.

Ukrayanda ən yaxşı güləşçilər və məşqçilər üzrə kubok yarışları cümə günü Kiyev şəhərində başlanıb və bu gün başa çatacaq. Yarışlar sərbəst və yunan-roma güləşləri üzrə keçirilir.