Futbolda ofsaydla bağlı yeni qayda təsdiqləndi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i374597-futbolda_ofsaydla_bağlı_yeni_qayda_təsdiqləndi
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyundankənar vəziyyətlərin müəyyənləşdirilməsi qaydalarında dəyişiklikləri təsdiqləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 18, 2021 15:19 Asia/Baku
  • Futbolda ofsaydla bağlı yeni qayda təsdiqləndi

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyundankənar vəziyyətlərin müəyyənləşdirilməsi qaydalarında dəyişiklikləri təsdiqləyib.

SəhərAzəri xəbər verir ki, yeni qaydalara görə, qapıçılar da daxil olmaqla, hücum edən komandanın oyunçularının əlləri və ya qolları rəqibdən öndə olarsa, bu, ofsayd hesab olunmayacaq.

Eyni xətt prinsipi qolun yuxarı hissəsindən, yəni qoltuq altından hesablanacaq.

Qeyd edək ki, IFAB daha əvvəl əllə oyun qaydalarında dəyişikliyi təsdiqləyib.