Çempionlar Liqasının finalı tamaşaçılarla keçirilə bilər
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i374613-Çempionlar_liqasının_finalı_tamaşaçılarla_keçirilə_bilər
Çempionlar Liqasının final oyununun tamaşaçılarla keçirilməsi planlaşdırılır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 18, 2021 17:18 Asia/Baku
  • Çempionlar Liqasının finalı tamaşaçılarla keçirilə bilər

Çempionlar Liqasının final oyununun tamaşaçılarla keçirilməsi planlaşdırılır.

SəhərAzəri xəbər verir ki, UEFA Türkiyənin İstanbul şəhərindəki həlledici oyunun boş tribunlar önündə keçirilməsinin əleyhinədir.

Qurum mayın 29-dakı qarşılaşmaya hər iki komandanın azarkeşlərinin, həmçinin yerli tamaşaçıların buraxılmasına nail olmağa çalışır. 1/4 və 1/2 final matçları ilə bağlı analoji istəyi çətinə düşən UEFA bunun finalda reallaşacağına ümidlidir. Amma hələlik stadionun tutumunun neçə faizi qədər tamaşaçının matça buraxılacağı dəqiqləşməyib.

Qeyd edək ki, finalın təşkil olunacağı Olimpiya Stadionunu 80 min 500 tamaşaçı tutur.