Mart 20, 2021 10:47 Asia/Baku
  • «Dortmund» 17 yaşlı müdafiəçini «Paris Sen-Jermen»in əlindən aldı

«Paris Sen-Jermen»in gənc yarımmüdafiəçi bir müqavilə imzalayaraq, «Borrusiya Dortmund» klubuna qatılıb.

SəhərAzəri xəbər verir ki, Dortmund-lular sonrakı fəsil üçün indidən hərəkətə keçiblər. Sarı köynəklilər öz müdafiə xətlərini gücləndirmək üçün, gələcəyi olan istedadlı bir oyunçunu işə götürüblər.

Frans-Press-in bildirdiyinə görə, «Paris Sen-Jermen» klubunun yarımmüdafiəçi- Somayla Kolibali alman klubla müqavilə bağlayaraq, həmin kluba qatılıbdır.

Bu bildirişə əsasən, o, 2026-cı ilədək bir müqavilə imzalayıb. Əlbəttə, bu müqavilə uzadılma qabiliyyətinə malikdir.

17 yaşlı Kolibali «Paris Sen-Jermen» klubunda yetişdirilib. O, bu klubun müxtəlif yaş qruplarında oynayıbdır.

Kolibali müqaviləsini imzaladıqdan sonra belə deyib: Dortmund-a gəlməyimə şadam. Digər klublardan da dəvətlər almışdım, amma bir sıra araşdırmalardan sonra başa düşdüm ki, Dortmund mənim üçün münasibdir.

İmzalanmış müqaviləyə əsasən, o, gələn yayda, hazırlıq fəslinin əvvəlindən alman klubundakı işinə başlayacaq.

Teqlər