Mart 22, 2021 16:53 Asia/Baku
  • Levandovski altıncı dəfə dalbadal 40 qollu oldu

Klub səviyyəsində qol vurmaq sahəsində dünya futbolu üzrə ilin ən yaxşı oyunçusu yeni rekorda nail olub.

SəhərAzəri xəbər verir ki, Robert Levandovski parlayır, qol və rekord vurur.

Otuz iki yaşlı bombardir dünən gecə Almaniya Bundesliqasının iyirmi altıncı həftəsində Ştutqart klubu üzərindəki dörd-sıfır hesablı qələbədə üç qol vurmağa və het-trik etməyə müvəffəq olub.

O, beləliklə cari mövsümdə bütün yarışlarda qırx qol vurmağa nail olub. Əlbəttə, polşalı hücumçu altıncı mövsüm ard-arda qırx və ya ondan çox qol vurmaq rekorduna çatmağa nail olub.

Bu ucaboylu hücumçunun bir futbol mövsümündə qırxdan az qol vurduğu mövsüm, 2014-2015-ci illər mövsümü olubdur.

Teqlər