Mart 25, 2021 13:54 Asia/Baku
  • Avropada 2022-ci il dünya çempionatının seçmə görüşləri başlanıb

Dünən gecə Avropa qitəsində futbol üzrə 2022-ci il Qətər dünya çempionatının seçmə görüşləri başlanıb.

SəhərAzəri xəbər verir ki, FİFA-nın məlumatına görə, bu yarışlarda Avropa qitəsi ölkələrindən 55 komanda beş və ya altı komanda olmaqla on qrupda mübarizə aparacaq. Yarışlar noyabrın sonlarınadək davam edəcək.

On həftə sürəcək bu yarışlarda qruplarda ilk yeri tutacaq on komanda birbaşa şəkildə dünya çempionatına vəsiqə qazanacaq. Qruplarda ikinci yeri tutan on komanda isə pley-off mərhələsinə çıxacaq. Onlar çempionatın yekun sıralamasına əsasən təyin edilmiş UEFA Millətlər Liqasının iki ən yaxşı komandası ilə yanaşı, yerdə qalan üç kvota uğrunda üç ayrı-ayrı yol ilə rəqabət aparacaqlar.

2021-ci il UEFA Millətlər Liqasının yekun etapına vəsiqə qazanmış komandalar olan İtaliya, İspaniya, Belçika və Fransa komandaları daha kiçik qruplarda yer alıblar.

FİFA bildiribdir ki, siyasi problemlərə görə, Rusiya Ukrayna ilə, Azərbacyan Respublikası Ermənistanla, Cəbəli-Tariq İspaniya ilə, Kosovo Bosniya və Herseqovina, Serbiya və Rusiya ilə bir qrupa salınmayıblar.

Yarışların soyuq fəslə çəkildiyinə görə, qış yağıntısı kimi yüksək riskə malik olan maksimum iki komanda bir qrupda yer alıb.

Həmçinin qəti şəkildə bu cür problemlərə malik olan İslandiya və Farer adaları mart və noyabr aylarında ev sahibləri olmayacaqlar.

Qrupların düzülüşü FİFA sıralamasına əsasən həyata keçirilib.

Teqlər