Apr 01, 2021 09:42 Asia/Baku
  • Böyrəkləri bərpa edə biləcək məhsullar hansılardır

Dünya əhalisinin təxminən 10%-i bəzi hallarda ölümcül olan xroniki böyrək xəstəliyindən əziyyət çəkir. Həkimlər profilaktika üçün hansı qidaların qıda rasionuna daxil edilməli olduğu barədə danışıb.

SəhərAzəri xəbər verir ki, gül kələmi böyrək sağlamlığını dəstəkləyir, çünki tərkibində fol turşusu, lif və C vitamini var. Bu tərkib sidik sisteminə təsir göstərir. Adi kələm də insan üçün faydalıdır.

Eyni zamanda böyrək xəstəliklərinin qarşısının alınması üçün istehlak edilən duz miqdarının azaldılması vacibdir. Duz sarımsaq və soğanla əvəz edilə bilər, çünki onların tərkibində, digər maddələrlə yanaşı iltihab əleyhinə qida və minerallar var.

Tərəvəzlər arasında xiyar, turp və çuğundur xüsusilə faydalıdır. Qırmızı bibər qanda toksinləri parçalayaraq böyrəklərdəki yükü aradan qaldırır. Həkimlər meyvə və giləmeyvələrdən qaragiləni, quşüzümü, qarpızı, almanı seçməyi məsləhət görür. Yumurta ağı da faydalıdır. Mütəxəssislər, pəhrizdə balıq istehlak edilməli və yağlar arasında zeytun yağını seçməyi məsləhət görür.

Teqlər