Apr 03, 2021 12:57 Asia/Baku

Dünya Atıcılıq Federasiyasının son sıralamasında, İranlı atıcı "Cavad Furuuği", kişilərin hava tapançasında birinci oldu.

SəhərAzəri xəbər verir ki, Hindistanda keçirilən Dünya Kuboku atış yarışlarının sona çatması ilə "Cavad Furuuği" hava tapançasının qızıl medalını qazandı və Dünya Federasiyasının son sıralamasında birinci sırada durmağı bacardı.

Ayrıca, başqa bir İran milli atıcısı olan "Qolnuş Sibqətullahi", qadınların hava tapançasında yeddinci və  25 metrlik tapançada dünyada onuncu sırada yer aldı.

Dünya Kuboku atıcılıq turniri, Hindistanda Koronavirus Pandemiyası səbəbiylə bir illik fasilədən sonra aprelin əvvəllərində keçirildi.

 

Teqlər