Ramil Şeydayev 147 gündən sonra start heyətində yer alıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i375326-ramil_Şeydayev_147_gündən_sonra_start_heyətində_yer_alıb
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev uzun fasilədən sonra Premyer Liqada start heyətində yer alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 05, 2021 04:44 Asia/Baku
  • Ramil Şeydayev 147 gündən sonra start heyətində yer alıb

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev uzun fasilədən sonra Premyer Liqada start heyətində yer alıb.

SəhərAzəri xəbər verir ki, Apasport.az saytının məlumatına görə, hücumçu “Sabah”ın “Qəbələ” ilə bugünkü qarşılaşmasına “11-lik”də başlayacaq.

21-ci turun bu matçı ilə Ramilin start heyəti həsrəti bitəcək. O, sonuncu dəfə 147 gün öncə ilk dəqiqələrdən meydana çıxıb.

Bu, 9-cu turun noyabrın 8-də “Zirə” ilə görüşündə (0:1) baş verib. Sonradan əsas heyətdə yerini itirən forvard bəzən sonradan meydana çıxıb, bəzən ikinci komandaya göndərilib.