Apr 09, 2021 23:15 Asia/Baku
  • Tokio Olimpiya oyunlarına seçmə görüşlərdə iki iranlı güləşçinin qızıl kvotaları

Asiya qitəsi üzrə Tokio Olimpiya oyunlarına seçmə görüşlərdə iranlı idmançılar bu oyunların kvotası kimi iki qızıl medal qazanıblar.

SəhərAzəri xəbər verir ki, Yunan-Roma güləşi üzrə Tokio Olimpiya oyunlarına seçmə görüşlər Qazaxıstanın Almatı şəhərində keçirilməkdədir.

Bu çərçivədə və 67 və 97 kiloqram çəki dərəcələrində İranın iki nümayəndəsi iki qızıl medal əldə edib.

67 kiloqram çəki dərəcəsində Mohəmməd Reza Gerayi final görüşündə Cənubi Koreyadan olan dünya çempionu Han Tsu Rionu doqquz-sıfır hesabı ilə məğlub edib. Bütün rəqiblərini yüksək xallarla qarşısından götürən Gerayi bu qələbə ilə həm yarışların qızıl medalnı, həm də Tokio Olimpiya oyunlarına kvotanı qazanıbdır.

97 kiloqram çəki dərəcəsində isə Mohəmməd Hadi Sarəvi finalda Uzur Cuzupbekovu on-sıfır hesabı ilə məğlub edərək, qızıl medal sahibi olubdur.

Teqlər