İranlı güləşçilər Danklov Kuboku yarışlarında qızıl medal alıblar
İranın yunan-roma və sərbəst güləş növləri üzrə nümayəndələri Əli Ərsəlan və Həmidreza Zərrinpeykər Bolqarıstanın Danklov və Nikolay Petrov kuboku üzrə beynəlxalq turnirdə öz rəqiblərini məğlub edərək, qızıl medal qazanıblar.
SəhərAzəri xəbər verir ki, Yunan-roma güləşi üzrə yetmiş iki kiloqram çəki dərəcəsində Əli Ərsəlan birinci mərhələdə istirahət etdikdən sonra ikinci mərhələdə Türkiyədən olan Əbddussamit Yaşarı səkkiz-sıfır hesabı ilə məğlub edib.
O, sonrakı mərhələdə rəqibini məğlub edərək, final görüşünə vəsiqə qazanıb və Almaniyadan olan Miliyan Şuabın final görüşünə gəlmədiyinə görə, qızıl medal sahibi olubdur.
Sərbəst güləş üzrə yetmiş doqquz kiloqram çəki dərəcəsində də Həmidreza Zərrinpeykər də iki etapda qələbə qazandıqdan sonra Qazaxıstan nümayəndəsi Bulat Sakayevi altı-bir hesabı ilə məğlub edərək, final mərhələsinə çıxa bilibdir. O, finalda Türkiyə güləşçisini doqquz-sıfır hesabı ilə məğlub edib və qızıl medal qazanıbdır.