Suarez “Liverpul”a qayıda bilər
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i375659-suarez_liverpul_a_qayıda_bilər
“Atletiko”nun hücumçusu Luis Suarez mövsümün sonunda İngiltərəyə qayıda bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 12, 2021 04:06 Asia/Baku
  • Suarez “Liverpul”a qayıda bilər

“Atletiko”nun hücumçusu Luis Suarez mövsümün sonunda İngiltərəyə qayıda bilər.

SəhərAzəri APA-ya istinadən xəbər verir kia. Uruqvay millisinin üzvü sabiq klubu “Liverpul”un maraq dairəsindədir.

34 yaşlı forvardın Madrid klubunda baş məşqçi Dieqo Simeone ilə yola getmədiyi vurğulanır. Suarezin argentinalı mütəxəssisin qurduğu taktiki sistemdən narazılıq bildirməsi tərəflər arasında mübahisəyə yol açıb. Bu üzdən onun “Liverpul”a dönməsi istisna edilmir.

Qeyd edək ki, “Atletiko”ya ötən ilin yayında “Barselona”dan keçən Luis Suarezin müqavilə müddəti gələn ilin yayına qədərdir. O, daha öncə “Liverpul”da parlaq dönəm keçirib.