İranın yunan-roma güləşi üzrə komandası Asiya çempionu oldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i375817-İranın_yunan_roma_güləşi_üzrə_komandası_asiya_çempionu_oldu
İranın yunan-roma güləşi üzrə yığma komandası Qazaxıstanda keçirilən Asiya Çempionatıda 4 qızıl, 2 gümüş və üç bürünc medal qazanaraq, çempion olub.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Apr 15, 2021 12:34 Asia/Baku
  • İranın yunan-roma güləşi üzrə komandası Asiya çempionu oldu

İranın yunan-roma güləşi üzrə yığma komandası Qazaxıstanda keçirilən Asiya Çempionatıda 4 qızıl, 2 gümüş və üç bürünc medal qazanaraq, çempion olub.

SəhərAzəri xəbər verir ki,yunan-roma güləşi üzrə 31-ci Asiya Çempionatı yarışları Qazaxıstanın Almatı şəhərində keçirilib və sonda İran komandası 4 qızıl, 2 gümüş və 3 bürünc medalla və 194 xal toplayaraq, çempion olub.

Yarışların sonunda İran komandası üçün Pejman Poştam, Nasir Əlizadə, Mehdi Bali və Əli Əkbər Yusifi müvafiq olaraq, 77, 87, 97 və 130 kiloqram çəki dərəcələrində qızıl medalı, Mehdi Möhsün Nejad və Meysəm Delxani, 60 və 63 kiloqram çəki dərəcələrində gümüş medalı və Puriya Dadmərz, Hüseyn Əsədi və Əmin Kaviyani Nejad 55, 67 və 72 kiloqram çəki dərəcələrində bürünc medalı qazanıblar.

Komanda sıralamasında isə İran komandası 194 xalla çempionluğu qazanıb, Qazaxıstan və Qırğızıstan komandaları ikinci və üçüncü olublar.