"Atletiko"nun futbolçusuna 4 oyunluq cəza verildi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i375852-atletiko_nun_futbolçusuna_4_oyunluq_cəza_verildi
UEFA İspaniyanın "Atletiko" klubunun futbolçusu Stefan Saviçi cəzalandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 15, 2021 20:49 Asia/Baku

UEFA İspaniyanın "Atletiko" klubunun futbolçusu Stefan Saviçi cəzalandırıb.

SəhərAzəri Dəyərlər.org-a istiandən xəbər verir ki,buna monteneqrolu müdafiəçinin İngiltərədə "Çelsi"yə 0:2 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında qırmızı vərəqə alaraq meydandan qovulması və qarşılaşmanın baş hakimi Daniele Orsatonu təhqir etməsi səbəb olub.

30 yaşlı oyunçu görüşün 82-ci dəqiqəsində London klubunun futbolçusu Antonio Rudigeri dirsəyi ilə vurub. Bunu aqressiv hərəkət kimi dəyərləndirən UEFA-nın Nizam-intizam komitəsi Saviçi avrokuboklardan 4 oyunluq diskvalifikasiya edib.

Qeyd edək ki, "Atletiko" ilk görüşdə də rəqibinə 0:1 hesabı ilə uduzmuşdu.