İranlı güləşçilərin Asiya yarışlarındakı uğurları
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i375919-İranlı_güləşçilərin_asiya_yarışlarındakı_uğurları
Qazaxıstanda keçirilən güləş üzrə Asiya çempionatında Əlireza Sərlək final görüşünü uduzaraq, yarışların gümüş medalını qazanıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Apr 17, 2021 18:23 Asia/Baku
  • İranlı güləşçilərin Asiya yarışlarındakı uğurları

Qazaxıstanda keçirilən güləş üzrə Asiya çempionatında Əlireza Sərlək final görüşünü uduzaraq, yarışların gümüş medalını qazanıb.

SəhərAzəri xəbər verir ki, Sıralama yarışlarında rəqibini məğlub edən Morteza Qiyasi isə bürünc medal əldə edibdir.

Əlli yeddi kiloqram çəki dərəcəsində güləşən Əlireza Sərlək ilk mərhələdə Türkmənistandan olan Ruzgəldi Seyidovu on-sıfır hesabı ilə məğlub etmiş, sonrakı mərhələdə də pakistanlı Muhəmməd Bilalı üç-sıfır hesabı ilə məğlubiyyətə uğradaraq, yarımfinala çıxmışdı.

Sərlək yarımfinalda Yaponiya güləşçisi Yoto Takeşitanı beş-bir hesabı ilə qarşısından götürərək, finala vəsiqə qazanmışdı.

Altmış beş kiloqram çəki dərəcəsində yarışan Morteza Qiyasi isə ilk etapda Türkmənistanı təmsil edən Kərim Hocakovu altı-iki hesabı ilə məğlub etmiş, sonrakı mərhələdə də yeddi-üç hesabı ilə qırğız güləşçi Alibek Osmanova üstün gələrək, yarımfinala vəsiqə qazanmışdı. Qiyasi bu mərhələdə yaponiyalı dünya çempionu Takoto Otoqoroya iki-səkkiz hesabı ilə uduzaraq, sıralama mərhələsinə çıxmışdı.