Apr 18, 2021 10:53 Asia/Baku
  • Perspolis-Ərrəyyan: 3-1

İranın «Perspolis» futbol klubu Asiya Çempionlar Liqasındakı ikinci oyununda Qətərin «Ərrəyyan» komandasına qalib gəlib.

SəhərAzəri xəbər verir ki, «Ərrəyyan» və «Perspolis» komandaları 2021-ci il Asiya Çempionlar Liqasının ikinci həftəsində dünən Tehran vaxtı ilə saat 21:30 dəqiqədən Hindistanın Qoa ştatında yerləşən Fatorda stadionunda qarşılaşıblar.

Bu görüş Yəhya Qolmohəmmədinin baş məşqçisi olduğu İranın «Perspolis» futbol klubunun 3:1 hesablı üstünlüyü ilə başa çatıb.

İranlı qırmızı köynəklilər oyunun birinci hissəsini sıfır-bir hesabı ilə uduzaraq, meydanı tərk ediblər. Onlar bu nəticənin əvəzini oyunun ikinci hissəsində çıxaraq, ümumilikdə altı xal sahibi olub və «Qoa» komandası ilə dörd xal fərqi ilə yarışların beşinci qrupunun ikinci pilləsində durublar.

Həmçinin Loran Blanın baş məşqçisi olduğu Ərrəyyan klubu bu məğlubiyyətlə yarış cədvəlində bir xal və az top fərqi ilə qrupun dördüncü pilləsində dayanıb.

Teqlər