İranlı güləşçi Asiya çempionatının qızıl medalını alıb
Apr 18, 2021 12:35 Asia/Baku
İranın sərbəst güləş üzrə yığma komandasının üzvü Asiya çempionatının qızıl medalını alıb.
SəhərAzəri xəbər verir ki, 97 kiloqram çəki dərəcəsində güləşən Əli Şəbani ilk mərhələdə istirahət etdikdən sonra ikinci etapda Cənubi Koreyadan olan Min Vun Seunu on bir-sıfır hesabı ilə məğlub etməklə yarımfinal mərhələsinə çıxıb.
Şəbani bu mərhələdə on-sıfır hesabı ilə Hindistandan olan Sativarat Kadyanı qarşısından götürərək, final görüşünə vəsiqə alıb.
Şəbani finalda Qazaxıstan güləşçisi Əlişir Yerqalini on iki-iki hesabı ilə məğlub edib və qızıl medal sahibi olub.