Apr 19, 2021 12:41 Asia/Baku
  • Boris Conson Avropa Super Liqasının yaradılmasının əleyhinədir

Böyük Britaniyanın Baş naziri Boris Conson Avropa Super Liqasının yaranmasına etiraz edir.

SəhərAzəri APA-ya istinadən xəbər verir ki, Baş nazir bu barədə "tvitter"hesabında paylaşım edib.

O bu addımın futbolu məhvə aparacağını bildirib.

“Bu qərar futbol azarkeşlərinin narahatlığına səbəb olacaq. Klublar bu addıma görə azarkeşlərə və daha geniş futbol ictimaiyyətinə cavab verməlidir”, - o əlavə edib.

Xatırladaq ki, İngiltərə, İspaniya və İtaliyanın 12 futbol klubu Avropa Super Liqası adlı yeni bir turnir təşkil etməyi qəbul etdikləri açıqlayıb.

 

Teqlər