Boris Conson: "İngiltərədə Superliqa matçları keçirilməyəcək"
Apr 20, 2021 16:29 Asia/Baku
Böyük Britaniyanın baş naziri Boris Conson İngiltərə Futbol Assosiasiyasının rəhbərliyi ilə görüşüb.
SəhərAzəri xəbər verir kia. iclasın əsas məqsədi nəhəng klubların təsis etdiyi Avropa Super Liqasının müzakirəsi olub.
Nazir görüş zamanı turnirin keçirilməsinə mane olacağına və onun dayandırılacağına söz verib. Həmçinin Conson İngiltərədə Superliqa matçlarının təşkilinə qadağa qoyulacağını istisna etməyib.
Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko” (Madrid), “Real Madrid”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları Avropa Super Liqasında iştirakını təsdiqləyib.