Apr 23, 2021 06:29 Asia/Baku
  • Benzema Raul və Ronaldunun rekorduna çatdı

Kərim Benzema «Kadis» ilə oyunda yaxşı oyun nümayiş etdirərək, Raul və Ronaldunun rekorduna çatıb.

SəhərAzəri xəbər verir ki, Benzema dünən gecə «Kadis» ilə oyunda iki qol vurub və bir qol ötürməsi verib.

O, qol ötürməsi cəhətdən Raul Qonsalesin və Kriştianu Ronaldunun Madrid komandası üçün 116 qol ötürməsi ilə qazandıqları rekorda çatıbdır.

Təcrübəli fransız hücumçu 2009-cu ildən «Real» klubunda oynayır.

Benzema bu klubdakı on iki illik fəaliyyətində, komandası üçün 392 qolun vurulmasında birbaşa və ya dolayısı ilə rol oynayıb. Zira o, 116 qol ötürməsi ilə yanaşı, 276 qol vurubdur.

Teqlər