Apr 23, 2021 06:50 Asia/Baku

UEFA İcraiyyə Komitəsinin üzvü Yasper Müller Avropa Superliqasına qatılacaq komandaların bu gün Çempionlar Liqasından kənarlaşdırılacağını bildirib.

SəhərAzəri xəbər verir ki, bu barədə o, "DR Sport"a açıqlamasında deyib.

Danimarka Futbol Federasiyasının prezidenti olan Y.Müller bildirib ki, "Real", "Mançester Siti" və "Çelsi" turnirdən kənarlaşdırılır:

"Bununla bağlı qərarın cümə günü açıqlanacağını gözləyirəm. Bütün 12 klubun da Avropa kuboklarından uzaqlaşdırılması ilə bağlı gözləntim var. Sonra Çempionlar Liqasının necə bitəcəyini görəcəyik".

O, sonra deyib: "Bu komandalar «Liverpul», «Porto» və «Dortmund» klublarını yarışlardan götürdülər.

Liverpul da superliqada iştirak edir və lazım gələrsə, "Bayern" bu klubun yerinə yarışlara qatılacaq.

Bu gün səhərçağı on iki üstün futbol klubu FİFA-ya və UEFA-ya qarşı nadir bir hərəkəti etdilər. Özü də bu addım UEFA və FİFA-nın rəsmən komandaları Avropa superliqasına qatılacaqları təqdirdə bütün yarışlarda iştirakdan məhrum olunacaqları ilə təhdid etmələrindən sonra atılıbdır".

Bu gün UEFA İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası olacaq.

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinalında aprelin 27-i PSJ - "Mançester Siti", "Real" - "Çelsi" ilk görüşləri keçirilməlidir.

Xatırladaq ki, İspaniya, İtaliya və İngiltərədən 12 nəhəng klubun Avropa Superliqası adlı turnir təşkil edəcəyi məlum olub. Həmin klublar "Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem"dir.

Teqlər