Apr 23, 2021 13:15 Asia/Baku
  • Rostəmi Asiya ağırlıqqaldırma yarışlarında qızıl medal qazanıb

İranın 89 kiloqram çəki dərəcəsində yarışan ağır atleti- Kiyanuş Rostəmi Özbəkistanda keçirilən Asiya çempionatında ümumilikdə 373 kiloqram rekordunu qeydə aldıraraq, qızıl medal qazanıb.

SəhərAzəri xəbər verir ki, aprelin 17-də Özbəkistanın Daşkənd şəhərində başlanan ağırlıqqaldırma üzrə Asiya çempionatı bu gün kişilərin 89 kiloqram çəki dərəcəsindəki yarışmaları ilə davam edib.

Rostəmi bir hərəkətdə 167 kiloqramlıq ağırlıq qaldıraraq, gümüş medal qazana bilib.

O, iki hərəkətdə 206 kiloqramlıq ağırlıq qaldıraraq, işini başa vurub və gümüş medal əldə edib.

Rostəmi bütövlükdə 373 kiloqram rekordla ümumi nəticədə qızıl medala layiq görülüb.

Teqlər