Günəşin 230 meqapiksellik fotoşəkili çəkildi
ABŞ-da yaşayan və təsirli fotoları ilə tanınan astrofotoqraf E.Makkarti Günəşin yeni fotosunu çəkib.
SəhərAzəri 525-ci qəzetə istinadən xəbər verir kia. Beynəlxalq Kosmik Stansiyanın (ISS), Günəşin və Ayın qarşısından keçərkən çəkdiyi fotoşəkilləri ilə diqqət çəkən astrofotoqraf Endryu Makkarti yenidən hər kəsi təəccübləndə bilib. Makkarti aprelin əvvəlində günəşin “nəfəs kəsən detallarını” çəkmək üçün yeni bir ultra kəskin günəş teleskopundan istifadə edib. Bu görüntünü əldə etmək üçün onun təxminən 100 min ayrı günəş fotoşəkili çəkməsi lazım olub. Fotoşəkillərin birləşməsi Günəşin 230 meqapiksellik fotoşəkilini ortaya çıxarıb.
Digər tərəfdən, 6 oktyabr 2020-ci ildə Beynəlxalq Kosmik Stansiyanı Dünya ilə Günəş arasından keçərkən çəkmək istəyən Makkarti biri ağ işıq filtrli, digəri hidrogen-alfa günəş teleskopuna bağlı iki durbin istifadə etdiyini bildirib.