Apr 28, 2021 14:57 Asia/Baku
  • Otaq milçəyi 24 saata qədər koronavirus daşıyıcısı ola bilər

Yeni bir araşdırmanın nəticələri göstərir ki, otaq milçəyi koronavirusa məruz qaldıqdan sonra 24 saata qədər onu daşıyır bilər və potensial bir virus ötürücüsüdür.

SəhərAzəri xəbər verir ki, Otaq milçəkləri bakterial, parazitar və viral xəstəlikləri insanlara və heyvanlara ötürən amillər kimi tanınırlar. Bununla belə, indiyədək bu milçəklərin koronavirusun ötürməsindəki rolu araşdırılmayıb. Buna görə də, tədqiqatçılar milçəklərin koronavirusu daşıya, onu canlı saxlaya və səthlərə ötürə biləcəyini araşdırmağa başlayıblar. Bunun üçün ayrıca araşdırmalara start verilib. İlk araşdırmada otaq milçəkləri koronavirusla çirklənmiş mühit və ya südə məruz qalırlar, sonra isə infeksiyaya yoluxma baxımından yoxlanırlar. İkinci araşdırmada, koronavirusa yoluxmuş milçəklərlə təmasdan sonra ətraf mühit nümunələri çirklənmə baxımından analız edilir.

Nəticə etibarı ilə koronavirusla çirklənmiş mühit və ya südlə təmasda olan milçəklərin hamısı 4-24 saat arası koronavirusun RNT-si baxımından pozitiv olublar. Həmçinin milçəklərlə təmasda olan səthlərdən götürülən nümunələrdə də virusun RNT-si müəyyən edilib. Ümumilikdə laboratoriya şəraitində otaq milçəkləri koronavirus infeksiyasına məruz qaldıqdan sonra 24 saata qədər onu daşıya bilirlər. Bundan əlavə, otaq milçəkləri koronavirusun genomik RNT-sini 24 saata qədər ətraflarına mexaniki olaraq köçürə bilirlər.

 

SəhərAzəri 

 

Teqlər