İranlı idmançılar Türkiyənin atletika yarışlarında 14 medal qazanıblar
İranlı atletlər Türkiyənin beynəlxalq yüngül atletika yarışlarında 7 qızıl, 5 gümüş və iki bürünc medal qazanıblar.
SəhərAzəri xəbər verir ki, Türkiyədə şənbə günündən start götürən beynəlxalq yüngül atletika yarışlarında iranlı idmançılar 7 qızıl, 5 gümüş və iki bürünc medalla öz işlərinə yekun vurublar.
Bu turnirdə Məhəmmədrza Təyyibi yadro itələmə, Səccad Haşimi 400 metr məsafə, Rza Müqəddəm Çəkic atma, Keyvan Qənbərzadə hündürlüyə tullanma, Ümid Əmiriyan 800 metr məsafə, Həmidrza Kiya üç təkanla tullanma və Hüseyn Rəsuli disk atma kateqoriyaları üzrə qızıl medal qazanıblar.
Həmçinin Reyhanə Mübini uzun tullanma, Şahin Mehrdelan yadro itələmə, Mehdi Pircahan 400 metr məsafə, Pejman Yarvəli 800 metr məsafə, Sadiq Səmimi disk atma kateqiriyaları üzrə gümüş medalı, həmçinin Ümid Əmiriyan min 500 metr məsafə, Humayun Himməti isə 3 min metr məsafədə bürünc medalı qazanıblar.
Bu yarışlarda 9 ölkədən 400 idmançı iştirak edib və İran komandası bu yarışlara Tokio Olimpiya Oyunları ərəfəsində hazırlıq yarışları keçirmiş olsun deyə 16 idmançı ilə qatılıb.