May 08, 2021 12:53 Asia/Baku
  • Belçika Liqasının ikinci turunun ikinci həftəsi; Brügge ağır məğlubiyyətə uğrayıb

Jupiler Liqası adlanan Belçikanın Birinci Divizion Futbol Liqasının 2020-2021 mövsümünün ikinci turunun ikinci həftəsi dünən gecə başlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, bu mərhələdə ilk mərhələnin dörd komandası çempionluq və Avropa yarışları kvotası uğrunda mübarizə aparacaqlar, dördüncü-səkkizinci komandalar isə Avropa Liqasının son kvotası uğrunda rəqabət aparacaqlar.

Çempionat qrupunda Genk 3-0 hesabı ilə Brüggeni məğlub edib.

Belçika Liqasının Çempionat qrupunun cədvəlində Brügge komandası 39 xalla hələ də liderdir və Genk komandası 34 xal, İran millisinin qapıçısı Əlirza Beyranvəndin olduğu Antverpen komandası və Anderlext komndası 30 xalla ikincidən dördüncüdürlər.

Avropa Liqası qrupunda İran millisinin müdafiəçisi Milad Məhəmmədinin xidmətindən yararlanan Gent komandası 26 xalla ikinci yerdədir, ümumi cədvəldə isə altıncı yerdədir.

İran millisinin yarımmüdafiəçisi Əli Quluzadə və hücumçusu Kavə Rzayidən istifadə edən "Sportinq Şarleroi" klubu 42 xalla ümumi cədvəlin 13-cü pilləsindədir. 

Cədvəlin sonunda Moskron klubu 31 xalla 18-ci yerdə qərarlaşıb və beləliklə ikinci diviziona yuvarlanıb. 

Jupiler Liqasının bombardirlər cədvəlində nigeriyalı hücumçu Paul Onuaçu 30 qolla liderdir, "Sportinq Şarleroi" klubunun iranlı yarımmüdafiəçisi Əli Quluzadə 8 qolla 25-ci pillədə və 7 qolun müəllifi olan iranlı hücumçu Kavə Rzayi ilə birlikdə ümumi cədvəlin 33-cü pilləsində qərarlaşıblar.

Teqlər