May 10, 2021 16:09 Asia/Baku
  • İtaliya A Seriyasi;

İtaliya A Seriyasının 35-ci turunda Milan, Yuventusa inamla qalıb gələrək, Avropa Çempionlar Liqası kvotasını qazanmaq üçün daha da ümidvar olub.

SəhərAzəri-nin məlumatına əsasən, İtaliya A Seriyasında 35-ci turun oyunları keçirilir. Yuventus Turində Milanın qonağı olub və 3-0 hesabı ilə qalib gəlib. 

Hesabı 45+1-ci dəqiqədə Braim Dias açıb. 58-ci dəqiqədə "Milan"ın futbolçusu Frank Kessi penaltini dəqiq yerinə yetirə bilməyib. 66-cı dəqiqədə isə Zlatan İbrahimoviç zədələnərək, əvəzlənməli olub. Onun yerinə meydana çıxan Ante Rebiç 78-ci dəqiqədə fərqi artırıb. Son nöqtəni isə 82-ci dəqiqədə Fikayo Tomori qoyub. 

Bununla da qırmızı-qaralar xallarını 72-yə çatdırıb 3-cü pillədə qərarlaşıb. "Yuventus" isə sona 3 tur qalmış 69 xalla 5-ci pillədədir.  

Teqlər